2 Mayıs 2017 Salı

Bizquyruq

Bizquyruq-Enterobius vermikularis- Ayrıcinslidir.Dişi qurdların uzunluğu 9-12mm, erkəklərin 2-5mm çatır.

Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar, qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdirlar və bir neçə saatdan sonra ölürlər. Yumurtaları əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki, yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur. Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxırlar. Onlar 10-12 günə cinsi yetişirlər, cütləşirlər. Erkək qurdlar cütləşəndən sonra ölürlər. Dişilər isə 1 həftə sonra yumurtlamağa başlayırlar və bir neçə saat sonra ölürlər. Ancaq yumurtaların təkrar udulması nəticəsində xəstəlik aylarla, illərlə davam edə bilər!
Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur.
Qidalanması
Bizquyruqlar bağırsağın içindəki hazır qidanı yeyirlər, vitaminləri, mineralları mənimsəyirlər.
Onlar bağırsağın iç qatına yapışırlar, zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar əmələ gəlir.Bağırsaqdan çıxan qurdlar qadınların-qızların sidik- cinsi orqanlarına keçib, bu orqanlarda qaşınmalar, iltihblaşmalar törədə bilirlər.
Uşaqların gecələr yataqlarını islatması da bizquyruqlarla əlaqəli ola bilər.
Başqa qurdlarda olduğu kimi, bizquyruğa yoluxmuş adamlarda selik axma, diş qıcama, öyümə, allergiya, səpkilər, qaşınmalar, nevroz, yuxu pozulması, yorğunluq və s. əlamətlər ola bilər.Bəzən isə bizquyruq insanı narahat etmədən yəni əlaməti bəlli omadan da orada yaşaya bilər.
Müalicəsi
Bizquyruq qurdlardan fərqli olaraq, orqanizmdən gec tökülür. Bunun üçün həm səbirli olmaq lazımdır ,həm də müalicəni hərtərəfli aparmaq şərtdir. Qurdlara həm daxildən orqanizmdə ishal vəziyyəti yaratmaqla, həm də xaricdən təbii vasitələrlə təsir etmək vacibdir. Bunlarla bərabər, immunitet artırıcılar vermək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder