2 Mayıs 2017 Salı

Azqıllı qurdlar-Soxulcan

Azqıllı qurdlar (Oligochaeta)— qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar.

  • Bədəni uzunsov və silindrşəkilli olub, buğumludur. Azqıllı qurdların qılları az miqdarda olur. Öndəki buğum müstəsna olmaqla, qalan bütün buğumlarda qıllar vardır. Bədənin ön hissəsindən bir qədər aşağıda bədən örtüyü bir neçə buğumu əhatə edən qalınlaşma kəmər (clitellum) əmələ gətirir. Kəmər əhatə etdiyi buğumların ifraz etdiyi maddədən barama əmələ gətirir.Bədənin dal tərəfində piqidium adlanan anal buğumu vardır. Bu buğum quruluşuna görə gövdənin buğumlarından fərqlənir və onda anal dəliyi vardır.
  • Azqıllı qurdların bədəninin üzəri nazik və elastiki kutikula ilə örtülmüşdür və selikli vəzilərlə çox zəngindir. Bütün bunlar azqıllı həlqəvi qurdlarda yaxşı inkişaf etmiş dəri-əzələ kisəsini əmələ gətirir. Azqıllı qurdlarda uzununa əzələlər həlqəvi əzələlərə nisbətən yaxşı inkişaf etmişdir, köndələn əzələləri isə olmur. 
  • Həzm sistemi ağız dəliyi ilə başlanır və anusla qurtarır. Göstərilən bu hissələr – ağız dəliyi, udlaq, qida borusu, çinədan, mədə ön bağırsağı təşkil edir. Mədədən sonra orta bağırsaq başlanır. Orta bağırsaqda qidanın həzmi və onun sorulması baş verir
  • Qan-damar sistemi qapalı olub, qan damarlarla axır. Qan-damar sisteminin əsasını bel və qarın qan damarları təşkil edir. Yağış qurdunun qanı qırmızıdır. Qanın qırmızı olmasına səbəb qanda hemoqlobinin olmasıdır. Azqıllı həlqəvi qurdlar üçün dəridə, metanefridilərdə, cinsi vəzilərdə kapilyar qan damarlarının sıx olması xarakterikdir.
  • Tənəffüs orqanları yoxdur. Tənəffüs dəri vasitəsilə olur.
  • Sinir sisteminin əsasını mərkəzi sinir sistemi təşkil edir. Mərkəzi sinir sistemi bir cüt udlaqüstü, bir cüt udlaqaltı sinir düyünlərini, onların əmələ gətirdiyi udlaqətrafı sinir həlqəsini və qarın sinir zəncirini təşkil edir.
  • İfrazat sistemi metanefridial tipdədir. Metanefridilər cüt olub, sağ və sol tərəfdə yerləşməklə hər buğumda təkrar olunur.
  •  Çoxalması-Hermafroditdirlər. Onlarda cinsi aparat 9 – 15-ci buğumlarda yerləşir.Erkək cinsi orqanları 10 və 11-ci buğumlarda yerləşən iki cüt kiçik toxumluqdan barətdir. Toxumluqlar toxum kisəcikləri (toxum qovuqcuğu) ilə əhatə olunmuşdur. Toxum kisəcikləri üç cütdür və 9, 10, 12-ci buğumlarda yerləşmişdir. Yetişməmiş toxum hüceyrələri toxumluqdan toxum kisəciklərinə düşür. Spermatozoidlər toxum kisəciklərində yetişir və qurdlar cütləşənədək burada qalırlar.Dişi cinsi orqanları yumurtalıqdan, yumurta borusundan və toxumqəbuledicidən ibarətdir. Toxumqəbuledicilər (receptaculae seminales) iki cütdür. Onlar şarşəkilli formadadır və 9-10-cu buğumların hər birində iki ədəd olmaqla yerləşmişdir.
  • İnkişafları düzünə olub.Yumurtalar baramada inkişaf edir və burada qurd formalaşdıqdan sonra xaricə çıxır. Onlar regenerasiya qabiliyyətinə malikdir.


Soxulcan(yağış qurdu)
Geniş yayılmış nümayəndəsi soxulcandır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Qırmızımtıl-qəhvəyi rəngli bədəni 180-ə qədər buğumdan təşkil olunmuşdur. Bədəninin uzunluğu 10-15 sm-ə çatır. Bədəninin ön hissəsində kəmər adlanan qalınlaşma olur.Böyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır.bədəni selik ifraz edən epiteli hüceyrələrindən təşkil olunmuşdur.Epitelin altında eninə və uzununa əzələlər var.Dəri əzələ kisəsi var.tənəffüsü bütün bədən səthi ilə gedir.Dərinin nəm olması tənəffüsü asanlaşdırır.
Qidalanması
ağız→udlaq→qida borusu→çinədan→mədə→bağırsaq→anal dəlik


Qan damar sistemi
Qan dövranı qapalıdır.Bel və qarın qan damarı var.Bu damarlar hər bir buğumda olan həlqəvi damarlarla birləşir.Qida borusu ətrafında 5-7  həlqəvi damarın əzələsi yaxşı inkişaf edib,sanki "ürək" rolunu oynayaraq,yığılıb açılaraq qanı hərəkət etdirir.
İfrazat sistemi
Qıfşəkilli borucuqlardan - metanefridilərdən ibarətdir.Hər buğumda 1 cüt metanefridi var.Onların bir ucu bədən böşluğuna digər ucu isə xaricə açılır.
Çoxalması
Hermofroditdir.bədənin ön hissəsinə yaxın yerdə cinsi orqanlar yerləşib.Cinsi orqanlara aiddir.
2 cüt(4 ) toxumluq
1 cüt(2) yumurtalıq
2cüt(4) toxumqəbuledici

Cütləşmə zamanı bir fərdin toxumqəbuledicisi digər fərdin spermatozoidi ilə dolur.Yəni soxulcan hermofrodit olsada mayalanma çarpaz gedir.Bədəndə mufta(kəmər) əmələ gəlir.Mufta önə doğru itələnir və uyğun olan buğuma çatdıqda(9-10) mayalanmamış yumurtalarını içinə qoyur və burda toxumqəbuledicidən axan maye ilə yumurtalar mayalanır.Mayalanmış mufta qurdun baş hissəsindən qopub düşür və baramaya çevrilir.Hər belə baramada 1-3 yumurta olur.Sonra yumurtdan cavan soxulcan çıxır.

13 yorum: