2 Mayıs 2017 Salı

Çoxqıllı qurdlar-Nereid

Çoxqıllı qurdlar sinfi(Polychaeta)-8000-ə yaxın növü var.Əksəriyyəti dənizlərdə yaşayır.hər buğumda bir cüt primitiv ayaq var.Bu da hərəkətə xidmət edir.Qum qurdu qəlsəmələrlə,nereid isə bütün bədən səthi ilə tənəffüs edir.
Çoxqıllı qurdlar yəni Polixetlərin maraqlı yaşayışları var.Onlarin bəziləri dəniz dibinə yapışaraq,bəziləri isə qumda həyatlarını keçirirlər.Orada onlar 1m2 ərazidə sayı 10minə çatan kaloniyalar əmələ gətirirlər.Bəziləri suda üzərək digər okeanlara da keçirlər.Onların dəri vəzləri xüsusi maddə ifraz edir ki bu da əks cinsin nümayəndəsini cəlb etmək üçündür.Bəzi polixetlər işıqsaçan orqana malikdir ki bu da onların yosunlarla simbiotik yaşamasına səbəb olur,Beləki onlar okeanın dərinliklərində işiqsaçır və ətrafında olan yosunlarda bu işıqdan istifadə edərək fotosintezi həyata keçirir,əvzində isə polixetlər yosunun buraxdığı oksigendən  istifadə edirlər.Əksəriyyəti ölmüş heyvan və bitki qalıqları ilə qidalandığı üçün faydalı sayılır.Bir çox polixetlər isə özləri balıqların qidasıni təşkil edir.


Bəzi polixetlərin çox maraqlı çoxalması var.
Onlarda cinsi çoxalma  qeyri cinsi çoxalma ilə növbələşir.
Cinsi çoxalma
Cinsi çoxalma zamanı mayalanmış yumurtadan sürfələr-trixaforlar inkişaf edir.Onlar sərbəst şəkildə üzür yetkin qurda qətiyyən bənzəmirlər.
Qeyri cinsi çoxalma
Bu zaman polixetlərin daxilində cinsiyyət məhsulları (bir növ kürü )toplanır.Qurdun bədəni şişir və tanınmaz hal alır.Sonra qurdun bədəni partlayır və "kürü" suya tökülür.Özləri isə məhv olur.

2 yorum: