3 Mayıs 2017 Çarşamba

Bövlər dəstəsi

Bövlər iri hörümçəkkimilərdir,700-ə qədər növü məlumdur.Ölçüləri 50–70 mm,az bir qismi 10–15 mm-dir. Bövlərin bütün bədəni müxtəlif uzunluqda olan tükcüklərlə örtülmüşdür.Belə tüklü,iri ölçülü bədən və cəld hərəkət etmələri onları çox qorxunc edir.Qonur-sarı ,sarımtıl ,nadir hallarda ala -bəzək və ya tünd rəngdə olurlar.Bövlər gecələr daha fəal olurlar ,gündüzlər isə müxtəlif yerlərdə—daşların altında gizlənirlərBövlər həşəratlarla qismən çoxayaqlılarla və s.qidalanırlar.Zəhər kisələri yoxdur.Zərərveiciləri məhv etdiyi üçün faydalıl sayılırlar.

Qurluşu
  • Bədən 3 hissədən baş-döş,döş və qarıncıqdan ibarətdir.
  • Baş-döş şöbədə xeliser,pedipalplar(çənəayaqları) və 4 cüt yürüş ayaqları yerləşir.
  • Xeliserləri iridir,güclü qısqaclara malikdir.Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır ,lakin caynaqları yoxdur..Xeliseləri ilə bəzən torpağı qazaraq yuva düzəldirlər.Bəzi bövlər insanı sancdıqda xeliserləri vasitəsilə sancdıqları nahiyəyə miroorqanizmlər keçirərək iltihaba səbəb olurlar.
  • Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir .Onlar hərəkətə,şikarın tutulmasına xidmət edir,həmçinin hissetmə orqanıdır.Cütləşmə zamanı erkək fərd pedipalplar vasitəsilə dişi fərdi saxlayır.Ayaqlar quruluşuna görə fərqlənir.Birinci cüt ayaqlar daha nazik və qısadır ,hissetmə funksiyası daşıyır.Digər ayaqlar hərəkətə xidmət edir,pəncələri buğumlu olub ,caynaqla nəhayətlənir.
  • Qarıncıq şöbə iri olub ,10 buğumdan təşkil olunmuşdur.
Tənəffüsü

Traxeya sisteminin güclü inkişaf etməsi  səciyyəvi əlamətlərdən biridir.Əsas traxeya boruları ikinci və üçüncü qarın buğumlarının kənarlarında cüt nəfəsgahla xaricə açılır.Nəfəsgahlar tükcüklərlə örtülmüşdür.Bundan başqa ,4-cü qarın buğumunda tək nəfəsgah və baş-döş şöbədə bir cüt nəfəsgahlar da vardır.
Çoxalması
Cinsi dəlik birinci qarın buğumunda yerləşir.Bövlərin erkək fərdləri dişi fərdi qoxusuna görə axtarıb tapır və gecələr cütləşirlər.Cütləşmə zamanı erkək fərd daha fəal ,dişi fərd isə hərəkətsiz olur.Erkək fərd torpağa spermatofor qoyduqdan sonra,onu xeliseri vasitəsilə dişi fərdin cinsi dəliyinə daxil edir.Bu proses bir neçə dəqiqə davam edir .Dişi fərd mayalandıqdan sonra fəallaşır,bu zaman erkək  dişi fərdin onu yeməsindən qorxaraq qaçır.Çunki çox zaman mayalanmadan sonra dişi fərd erkək fərdi yeyir.
Mayalanmış dişi fərd çox aqressiv olur,daha çox qidalanır.Yaxşı qidalandıqdan sonra ,yumurta qoymağa başlayır.Bövlər növlərinin müxtəlifliyindən asılı olaraq,30-dan 200-ə qədər yumurta qoyurlar.Embrional inkişaf dişi fərdin yumurta borularında getdiyi üçün qoyulmuş yumurtalardan tezliklə hərəkətiz kiçik Bövlər çıxır.Onların bədənləri şəffaf,buğumsuz və tüksüz olur.2-3 həftədən sonra qabıqdıyişmə baş verir.Bu zaman buğumlu,tükcüklü vyeni örtük əmələ gəlir və kiçik Bövlər hərəkət etməyə başlayırlar.Dişi fərd kiçik bövlərin bədəni möhkəmlənənə qədər onların yanında qalır.Hətta onları qidalandırır.

Hiç yorum yok:

Yorum Gönder