2 Mayıs 2017 Salı

Buğumayaqlılar tipi

Tipin 1500000-dən artıq növü məlumdur. 
  • Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar.
  • Bir çox növləri parazit həyata uyğunlaşmışdır. 
  • Bədən və ayaqlar buğumlara bölünüb.
  • Başda buğumların sayı sabitdir.
  • Döş və qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. 
  • Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlardamilçəklərdə və başqa cücülərdə isə nazikdir. 
  • Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir.Bununla əlaqədar olaraq, onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir.Orqaqnlar əzələlər vasitəsilə hərəkətə gəlir.
  • Həzm sistemi üç hissədən-ön, orta və dal başırsaqdan ibarətdir.
  • Tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan numayəndələri isə ağciyər va traxeyalar vasitəsilə tənəffüs edir. 
  • Qan-damar sistemi açıqdır. 
  • İfrazat funksiyasını malpigi boruları və bəzi vəzilər yerinə yetirir. 
  • Sinir sisetmi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. 
  • Müxtəlif cinsli heyvanlardır, Yalnız cinsi yolla çoxalır.Mayalanma quruda yaşayanlarda daxili,suda yaşayanlarda isə xarici olur.

Təkamülü
Həlqəvi qurdlarla oxşarlığı onların qohum olması ehtimalını artırır.Güman edilir ki onlar ilə çoxqıllı qurdlar arasında keçid olan forma Trilobitlərdir.Trilobitlər qədim buğumayaqlılardır.
Hər iki tipin oxşar cəhətləri
1.Bədənin buğumlu olması
2.Sinir sisteminin qurluşu

                           Çoxqıllı dəniz qurdları→Trilobitlər→Buğumayaqlılar

Təsnifatı

Hiç yorum yok:

Yorum Gönder