2 Mayıs 2017 Salı

Zəlilər

 Zəlilər (Hirudinea)- sinfi-400 növü var. 
Qurluşu
Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir.  bütün zəlilərdə əsil seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (Acanthobdellida) 30 ədəd, əsl zəlilərdə (Euhirudinea) isə 33 ədəddir.  Bədəndə aydın seçilən baş və anal pərləri yoxdur. Bunun əvəzində onların bədəninin ön və arxa nahiyələrində sormac adlanan xüsusi törəmə vardır. Ön sormac qidalanmağa, arxa sormacla birlikdə isə həm də yapışmağa və hərəkətə xidmət edir. Zəli nin dəri-əzələ kisəsində bütün əzələlər var. Bu əzələlər onun hər tərəfə dönməsinə kömək edir. Zəli onurğasızdır. Onun iki ədəd kutikula ilə örtülü kəsici dişcikləri var..Kutikulanın altında epiteli hüceyrələri, onun altında isə həlqəvi və boylama (uzununa yerləşən əzələlər) əzələlər yerləşirlər. Hər iki qrup əzələlər güclü inkişaf etmişdir.  Bədənin ön ucunun üst tərəfində yarımdairə üzrə düzülən 5 cüt göz yerləşir. Gözlər heyvanın təsnifatında müstəsna əhəmiyyətə malikdir.Zəlidə iki ədəd yarımdairə çinədan var. Bundan başqa ağız sormacı, arxa sormac, ağız, udlaq, bağırsaq vardır. Bağırsaq üç yerə şaxəlidir. Bunlardan ikisi kor, biri isə anal dəliyə açılır.

Zəlinin  tibbi əhəmiyyəti 

Zəli parazitlik edərkən, qanı sorarkən onun diçciklərinin yeri üçbucaq formasında olur.Zəli bir çox xəstəlikləri sağaldır. Buna kömək isə onun tüpürcəyində olan hirudin fermenti-dir. Zəli tromblaşma, qan laxtalanması və s. kimi xəstəliklərin müalicəsində rol oynayır

Hiç yorum yok:

Yorum Gönder