3 Mayıs 2017 Çarşamba

Dünyanın ən zəhərli bitkisini tanıyırsinizmi?

 “Dünyanın ən zəhərli ağacı” adlandırılan “Manchineel” ağacına ən kiçik bir toxunuş belə dəri üzərində yanıqlar əmələ gətirə bilir.Bədənin ağacla təmasda olan nahiyəsi qısa müddət ərzində zəhərə qarşı reaksiyaya cavab verir və dəri səthində qabarcıqlar halında su toplamağa başlayır.Əgər yağış yağarkən ağaca yaxınlaşsanız və ağacdan sıçrayan bir yağış damlası dərinizə düşərsə, yenə də təhlükə altındasınız deməkdir.Yanan “Manchineel” ağacının hisi gözə təmas edərsə, korluğa səbəb ola bilər.
Meyvələri xarici görünüşünə görə qozun meyvələrinə və yaxud sitrus meyvələrə bənzəyir.Meyvənin səhvən dişlənilməsi isə ölümlə nəticələnən vəziyyətə yol aça bilər.

“Manchineel” ağacına Florida, Bahama, Karib, Mərkəzi və Cənubi Amerikada rast gəlinir.Ağacın yerləşdiyi bölgələrdə xüsusi təhlükəsizlik tədbirləri görülür, tanımayan insanların zərər çəkməməsi üçün xüsusi xəbərdarlıq edilir və tablolar asılır.

Hiç yorum yok:

Yorum Gönder