3 Mayıs 2017 Çarşamba

Hörümçəkkimilər sinfi

Hörümçəkimilər sinfi-Hörümçəkkimilərin əksəriyyəti quru mühitdə,az bir qismi suda  yaşayır. 70 mindən artıq növü var.Bədənləri 2 hissəyə bölünür: baş-döş və qarıncıq.Baş-döşdə 6cüt yerimə ayağı var bunlardan 2 cütü formasını dəyişib,qidanı tutmağa, parçalamağa  xidmət edir. Bunlardan 1cütü   xeliser, 2cütü isə pedipalp adlanır.Yerimə ayaqları 4 cütdür.Ağciyər və ya traxeya ilə tənəffüs edirlər.


Xaçlı hörümçək
Xaricdən nazik xitinlə örtülmüş bədən baş-döş və iri buğumsuz qarıncıqdan ibarətdir. Baş-döş qarıncıqla qısa və nazik saplaqla birləşir. Baş hissədə 4 cüt sadə gözcük, bir cüt xeliser adlanan iti uclu çənə çıxıntısı və pedipalp adlanan ikinci cüt ağız orqanı olur. Xeliserin əsasında bir cüt zəhər vəziləri yerləşir. Xeliser, əsasən, hücumda, qidanın tutulmasında və müdafiədə iştirak edir. Hörümçək pedipalpların köməyi ilə qidanı araşdırır. Qarıncığın sonunda 3 cüt tor ziyilciyi var. 



Qan damar sistemi
Ürək boruşəkilli olub, qarıncığın bel hissəsində yerləşir
 Həzm sistemi
Hörümçəklər yırtıcı heyvanlardır. Hətta bir-birinə də hücum edirlər. Qidalanması müxtəlifdir. Çoxu həşəratlarla qidalandıqları üçün faydalı hesab edilir. Hörümçək öz şikarını sancır və xeliserlərindəki zəhər vəzilərindən onun bədəninə xüsusi zəhər yeridir. Bu zəhər həm də həzm şirəsidir. Zəhər və həzm şirəsi onun daxili möhtəviyyatını mayeləşdirir. Hörümçək isə sonra həmin mayeni sorur. Maraqlıdır ki, hörümçək bərk maddəylə qidalana bilmir. Ona görə də hörümçək xaricində həzm gedə bilən yeganə canlıdır.Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə qidalanırlar.

Tənəffüs sistemi
Ağciyərlər və traxeyalardan ibarətdir. Bu orqanlar qarıncıqda yerləşir. Onlar ayrı-ayrı tənəffüs dəliyi vasitəsilə xaricə açılır.
İfrazat sistemi
İfrazatda malpigi boruları və xüsusi vəzilər iştirak edir. Malpigi borularının bədən boşluğunda olan ucu kor qurtarır, digər ucu isə arxa bağırsağa açılır.
Sinir sistemi
İri sinir düyünündən və ondan çıxan sinir sütunundan ibarətdir.

Çoxalması
Ayrıcinslidir. Dişisi erkəkdən iri olur. Dişi payızda mayalanmış yumurta ilə dolu barama hazırlayır.Dişi yumurtalarını tor barama içərisində qoyur və qışda ölür. Yazda baramadakı yumurtalardan kiçik hörümçəklər çıxır.

Hörümçəyin tor qurma qabliyyiəti
Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir.Tor vəzilərinin ifraz etdiyi maye havada quruyaraq hörümçək saplarını əmələ gətirir. Hörümçək arxa ayaqlarındakı caynaqların köməyi ilə onları birləşdirərək tutucu tor qurur. Tordan xəbərverici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücum edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir. Yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.


Əqrəblər dəstəsi

Bövlər dəstəsi
Gənələr dəstəsi

1 yorum: