3 Mayıs 2017 Çarşamba

Gənələr dəstəsi

Gənələrin uzunluğu 0.1-15mm dir.Gənə 2 hisssədən ibarətdir:Xortum və bədən.Bədənin önündə 4cüt ayaq yerləşir.Bədəni ovalşəkillidir,belində xırda tükcüklər var.Dişi erkəkdən iridir,yumurta qoymaqla çoxalır.İl ərzində 1-20 nəsil verir.Böyük bir qismi torpaqda olur və bitki qalıqları ilə qidalanaraq torpağın münbitləşməsində rol oynayır.
5 ilə 50 mikron arası ölçülərində olan bu canlıları adi gözlə görə bilmərik. Bu canlılar ölü dəri hüceyrələri və qabıqları ilə qidalanırlar. Bu səbəbdən, insanların yaşadığı mühitlərdə olur və insan fəaliyyətləri ilə ətrafa yayılır, hərəkət edirlər

Fərqli mühitlərdə yaşaya bilən bu fərqli növlərinin sayının 500.000-dən çox olduğu(orta məktəb dərsliyində 10000 qeyd olunur) hesablanmışdır.Gənələr su içmirlər, amma havadan və mühitdən aldıqları rütubəti əmirlər. Buna görə də, olduqları mühitdəki rütubət onlar üçün əhəmiyyətlidir. 70-80%-ə kimi olduqca yüksək nisbətdəki rütubətdən təxminən 270C temperatura qədər onlar üçün ən uyğun hava şəraitidir.Belə uyğun bir mühitdə olduqda saylarını artıra bilirlər.

 Gənə dişləməsi ürək çatışmazlığına belə səbəb olan Lyme xəstəliyinə, ölümcül Krım-Konqo qanamalı qızdırmasına yol açır. Bundan başqa brusella, tularemi, tifo da gənə ilə keçən xəstəliklər sırasındadır.
Gənə ilə mübarizə zamanı akarsid deyilən kimyəvi maddədən istifadə olunur.




Dəridə olan gənələr
Bir çox insanlarda dərialtı gənələrə rast gəlinir.Bu xəstəliyin törədiciləri dəri altında yaşayan mikroskopik demodeks gənələridir.İnsan orqanizminə yeriyən gənələr dərinin altında dəliklər açaraq yuvalar yaradır, sonra o yuvalara yumurtalarını qoyurlar. Yumurtalardan çıxan süfrələr isə orqanizmi eybəcər hala salır.Gənələr irinli yaradır və sonra bu yaralar qanqrenalara da səbəb olur. Bəzi hallarda problem amputasiya ilə həll olunsa da, bəzən pasiyent ölür.


Quşlarda olan gənələr.
Knemidokoptoz quşların xroniki, parazitar xəstəliyi olub, knemidokoptes cinsinə mənsub olan gənələr tərəfindən törədilir. Müxtəlif növ gənə və həşəratlar öz sahibləri olan ev və vəhşi quşlarda parazitlik edərək onların qanını sormaqla xəstəlik əmələ gətirir və müəyyən dərəcədə təsərrüfatlara iqtisadi zərər vurur. 

Hiç yorum yok:

Yorum Gönder