21 Mayıs 2017 Pazar

Mikrotəkamül

1927-ci ildə Y.A.Filipçenko Təkamülü 2 prosesə bölməyi təklif etdi.

1.Mikrotəkamül(yeni növlərin əmələ gəlməsi)
2.Makrotəkamül(yeni cins,fəsilə,dəstə,şöbə,tip,aləm əmələ gəlməsi)

Təkamül - genlərdə mikrotəkamül ilə başlayır və fiziki dəyişikliklərlə, makrotəkamül ilə davam edir.Növ daxilində baş verən təkamül prosesləri mikrotəkamül adlanır. Həyat şəraitinin dəyişməsi nəticəsində mikrotəkamül divergensiya, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikrotəkamül prosesi növün yaranması ilə başa çatır.
Makrotəkamülü  biz adətən hiss etmirik,hiss etməməyimizin səbəbi prosesin çox uzun hetməsi və  ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Biz qitələrin hərəkətini və iqlim dəyişikliklərini də anlıq hiss edə bilmirik, amma geoloji və metereoloji məlumatlarla bu yavaş gedən proseslər haqqında məlumatımız olur. Eynilə makrotəkamülün gec baş verən dəyişikliklərini də arxeoloji tapıntılar və laborator təcrübələrin nəticələri ilə öyrənə bilərik.

Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

                                          Mikrotəkamül
Mikratəkamülün ilk mexanizmini Ç.Darvin vermişdir.Mikotəkamül 2 formada özünü büruzə verir.
1.Coğrafi növəmələgəlmə
2.Ekoloji növəmələgəlmə

1.Coğrafi növəmələgəlmə iki yolla baş verir: 

  1. Arealın genişlənməsi 
  2. Arealın hissələrə parçalanması ilə.

1.Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir.
Məsələn:Uraldan Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi populyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasiyaların) meydana gəlməsinə səbəb olmuş və çarpazlaşma nəticəsində yeni gen kombinasiyaları yaranmışdır. Bu, Daur qaraşamı növünün yaranması ilə nəticələnmişdir.
2.Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanır. 
Məsələn:Meşə inciçiçəyində areal əvvəl tam olmuş və sonradan buzlaqlar nəticəsində hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb olmuşdur


2.Ekoloji növəmələgəlmə zamanı növün populyasiyaları öz arealında qalır.Bu proses areal daxilində həyat şəraitinin dəyişməsi yolu ilə bioloji təcrid nəticəsində baş verir və populyasiyaların gen tərkibi dəyişir. Çox sürətli baş verən ekoloji növ əmələgəlmə bəzi bitkilərdə poliplodiya(xromosom sayının artması)(tütün,kartof,payızgülü xrizentema) ilə müşahidə olunur.Ekoloji növ əmələgəlmədə coğrafi növəmələgəlməyə nisbətən yeni növ forması daha tez yaranır.
Məsələn;qidaya ixtisaslaşma ilə əlaqədar arıquşunun beş növü yaranmışdır. İri arıquşu, qara arıquşu və abıca kiçik həşəratlarla, kəkilli arıquşu isə iynəyarpaqlı ağacların toxumları ilə qidalanır.

Aydın olduğu kimi növəmələgəlmə prosesi demək olar ki təcridlər nəticəsində baş verir.
Coğrafi növəmələgəlmə-Coğrafi təcrid
Ekoloji növəmələgəlmə-Biloloji təcrid ilə əlaqədardır.
       Mikrotəkamülün baş vermə mexanizmi

Növəmələgəlmə prosesləri müasir dövrdə də davam edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növəmələgəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət göstərə bilir. Yeni növün əmələ gəlməsi ilə mikrotəkamül başa çatır.

Hiç yorum yok:

Yorum Gönder