7 Mayıs 2017 Pazar

Molyuskalar tipi

Molyuskalar(ilbizlər) tipi-Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.Molyuska sözünün mənası "yumşaq" deməkdir.
Xüsusiyyətləri
  • Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. 
  • Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir.
  • Bədən manti adlanan nazik dəri ilə örtülür. 
  • Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. 
  • Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. 
  • İkitərəfli simmetriyaya malikdirlər.
  • Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir.
  • Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır.
  • Molyuskalar yosunlar və üzvi çürüntülərlə qidalanırlar, özləri isə balıqların qidasında mühüm rol oynayırlar.
Qarınayaqlılar sinfi
Qarınayaqlılar gölməçələrdə,durğun sularda,su bitkiləri üzərində olurlar.Qarınayaqlılar sinfinin nümayəndəsi olan böyük göl ilbizi durğun sularda, bitkilər üzərində yaşayır. Uzunluğu 3-4 sm-ə qədərdir. Bədənin önündə baş yerləşir. Başda ağız və iki lamisə çıxıntısı və onun dibində bir cüt göz vardır. Bədən xaricdən manti adlanan dəri qatı ilə, onun üzəri isə spiral şəkilli kirəc çanaqla əhatə olunmuşdur.Bədən baş,gövdə və2 ayaqdan ibarətdir.Ayaq bədənin qarın hissəsində yerləşir ki sinfin adı da buna uyğun olaraq verilib.Başın alt hissəsində ağız kənarlarında isə 2 çıxıntı yerləşir.Çıxıntılar hissetmə orqanı sayılır,bunlara toxunduqda ilbiz bağını və ayağını içəri salır.İlbizin qidasını su btkiləri təşkil edir.
Həzm sistemi
Ağız→Udlaq→Qida borusu→Mədə→Bağırsaq→Anus
İlk dəfə bunlarda qaraciyər əmələ gəlmişdir.
Tənəffüs sistemi
atmosfer havası ilə tənəffüs edir. Bədənin sağ tərəfində tənəffüs dəliyi olur.O suyun üzərinə  çıxır və bu dəliyi açır,nəticədə hava mantiyanın əmələ gətirdiyi cibə-ağciyərə daxil olur.O belə tənəffüs etməsi üçün 1 saatda 7-8 dəfə suyun üzərinə çıxır.
Qan damar sistemi
Ürək 2 kameralıdır.1 dəqiqədə 20-30 dəfə yığılır və qanı damarlara vurur.Qanı rəngsizdir.Qan damar sistemi açıqdır.
Qan→Ürək →damar→bədən boşluğu→damar→ağciyər→damar→ürək
İfrazat sistemi
1 ədəd böyrək vasitəsi ilə.
Sinir sistemi
Udlaq ətrafı sinir düyünləri vardır ki buradan da bütün orqanlara sinirlər gedir.
Çoxalması
Hermofroditdir.Yumurtalarını şəffaf selik içərisində su bitkilərinin üzərinə qoyur.Mayalanması çarpaz gedir.Yumurtadan nazikçanaqlı kiçik ilbizlər çıxır.

İkitaylılar sinfi.
Molyuskaların bu sinfinə daxil olan nümayəndələrində çanaq ikitaylıdır. Mantiya boşluğunda qəlsəmələr yerləşir. Baş reduksiyaya uğramışdır. Ürək üç kameralı olub, iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Böyrək bir cütlüdür. Əksəriyyəti müxtəlifcinslidir. Dənizlərdə və şirin sularda yaşayan əhəmiyyətli bir çox nümayəndələri vardır.
Nümayəndələri: anadonta,midya.stridiya,"gəmi qurdu" mirvari ilbizi və s.
Anadonta
Anadontanın uzunluğu 10 sm-ə qədərdir. Su dibində yarıya qədər quma batmış vəziyyətdə oturaq həyat tərzi keçirir.Baş və gözləri yoxdur.1 ədəd ayağı var.Ayağının dibində ağız yerləşir.Bədən xaricdən 2 taylı çanaqla örtülmüşdür. Çanağının daxili qatı müxtəlif rənglərlə bərq vuran parlaq sədəflə örtülmüşdür. Anadontanın bədəninin arxa hissəsində giriş və çıxış sifonları adlandırılan iki dəlik vardır. Onun çanaqları iki qapayıcı əzələnin köməyi ilə qapanır. Çanaq aralandıqda anadonta tək ayağını və sifonlarını bayıra çıxarır.Çanaq 3 qatlıdır.Buynuz qat+Çini qat+Sədəf qat.Çanaq ilbizin xarici skeleti olub onun xarici təsirlərdən qoruyur.Çanaq manti qatınıln hesabına əmələ gəlir.
Ürək 3kameralıdır(2qulaqcıq,1mədəcik)=Qan→ürək→daxili üzvlərin arası→qəlsəmə→ürək
Ürəkdə arterial qan olur.İfrazatı 2 böyrəkdən ibarətdir.Sinir sistemini əmələ gətirən sinir düyünləri isə 3cütdür(6).
1cüt-udlaq ətrafında
1cüt-gövdədə
1cüt-ayaqda

           
Anadonta-ayrıcinslidir,cinsi dimorfizm var.yeni əmələ gələn anadontanın maraqlı inkişaf yolu var.Beləki əvvəlcə erkək anadonta suya spermatozoidlər buraxır,onlar üzərək dişi anadontanın bədəninə daxil olub onu mayalayır.Mayalanmış yumurtalar əvvələcə Anadontanın qəlsəmə vərəqlərində inkişaf edir və qloxodi adlanan süfrəyə çevrilir.Sonra süfrə sifondan çıxaraq balıqların dərisinə və qəlsəmələrinə yapışır,cavan anadonta olanadək burada yaşayır,sonra isə düşərək sərbəst hərəkət edir.

Başıayaqlılar(sefalopodlar) sinifi
Nümayəndələri:kalmar,karakatus,sepiya,səkkizayaq
Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır.
Kalmar — molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvandır.Kalmarın bənəni iki hissədən - baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə 10 ədəd əzələli qolcuq vardır. Bu qolcuqlar digər molyuskalarda olan ayağa müvafiq gəlir. Buna görə də belə molyuskalar başıayaqlı molyuskalar sinfində birləşdirilir. Qolcuqların ikisi daha iri olub, şikarın tutulmasında iştirak edir. Qolcuqların daxili səthində qidanı tutmağa xidmət edən çoxlu sayda sormac yerləşir. Kalmarların ağzında quş dimdiyini xatırladan çənələr, bədənin yanlarında isə üzgəclər yerləşir. Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. 
Kalmarın gövdəsi digər molyuskalarda olduğu kimi mantiya pərdəsi ilə örtülüdür. Mantiya ilə gövdə arasında mantiya boşluğu vardır. Bədəninin ön tərəfində, başa yaxın yerdə mantiya boşluğu enli yarıq vasitəsilə xaricə açılır. Kalmarın hərəkətində mühüm rol oynayan və qıf adlanan dəri borucuğun ucu mantiya boşluğu yarığından xaricə açılır. Qıfın genişlənmiş əsas hissəsi mantiya boşluğunda yerləşir. Kalmarın hərəkəti zamanı mantiya boşluğu yarıqdan keçən su ilə dolur, sonra yarığın kənarları yığılaraq qapanır. Güclü mantiya əzələlərinin yığılması nəticəsində mantiya boşluğunda olan su sıxılaraq qıfdan xaricə püskürtülür ki, nəticədə alınan güclü itələmə qüvvəsi kalmarın sürətli hərəkətinə səbəb olur. Belə hərəkətə reaktiv hərəkət deyilir. Bu proses həmişə təkrar olunur və nəticədə kalmar saatda 50 km sürətlə hərəkət ede bilmək imkanı əldə edir.

Kalmarın bütün bədən quruluşu sürətli hərəkətə uyğunlaşmışdır. Bədənin arxa tərəfi sivriləşmişdir və bədən torpedoya bənzəyir. Bədənin yanlarında üfqi vəziyyətdə yerləşəm üzgəclər isə dərinliyə enib-qalxan zaman sükan rolunu oynayırlar.
Rəng dəyişmə qabliyyəti
Kalmar və digər başayaqlı molyusklar dəridəki piqment hüceyrələri sayəsində rəngini dəyişə bilir.. Adi halda dəri solğun rəngdə olub metal rənginə çalır. Tutulmuş kalmarlarda isə dəri tündləşir, qonurlaşır, tutaraq qıcıqlandırdıqda qırmızımtıl-qəhvəyi rəng alır. Təbii halda isə kalmarın rəngi yaşadığı dənizin dibinin rəngindən asılı olaraq dəyişə bilir. Rəngini bilməsi kalmarı yaşadığı mühitin rəngindən seçilməz edir.
Düşməndən qorunma mexanizmi
Kalmarın gövdəsində mürəkkəb kisəsi adlanan xüsusi üzv yerləşir. Bu kisədən çıxan maye axını mantiya boşluğuna açılır. Mürəkkəb kisənin möhtəviyyatı mantiya boşluğundakı suya qarışaraq xarıcə püskürdüldükdə, kalmarın ətrafında rəngli duman örtüyü əmələ gəlir ki, bu da onu düşmənlərindən gizlənib xilas olmağa kömək edir. Mürəkkəb kisəsində əmələ gələn mayedən sepiya adlanan qəhvəyi rəngli boyağın hazırlanmasında istifadə olunur.
Həzm sistemi
Kalmarın ağız çıxıntıları başında, dairə şəklində yerləşir. Bu dairənin mərkəzində enli ağız vardır. Buynuz maddəsindən əmələ gələn iki möhkəm çənə ağızdan xaricə çıxır. Çıxıntılar üzərində iki sirada dəyirmi sormaclar yerləşir. Kalmar öz qidasını bu sormaclarla tutub saxlayır. Çıxıntıların ikisi daha uzun olub, tutucu çıxıntılar adlanır. Tutucu çıxıntılar balığı tutmağa, digər çıxıntılar isə saxlamağa xidmət edir. 
Ağız →Udlaq→Qida borusu→Mədə →Bağırsaq→Anal dəlik
Tənəffüs sistemi
Tənəffüsü mantiya boşluğunda yerləşən 1-2 cüt qəlsəmələr vasitəsilə gedir. Qəlsəmələri yuyan su qanı oksigenlə zənginləşdirir.
Qan-damar sistemi
Kalmarın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Qanı qəlsəmələrə vuran "qəlsəmə ürəyi" deyilən xüsusi damar genişlənməsidir.
Sinir sistemi
Udlağın üst tərəfində xüsusi pərdə içərisində sinir düyünlərinin böyük bir yığını vardır. Eyni zamanda mantiya, qıf və qolcuqların əsasında da sinir düyünləri yerləşir.
Bəbək və büllura malik, balıqların gözünə oxşar gözləri, müvazinət orqanları və bədən üzərinə səpələnmiş hissedici hüceyrələri vardır. Xüsusən gözlər yaxşı inkişaf etmişdir.
Çoxalması
Ayrıcinsiyyətlidir. Mayalanma daxilidir. Bunların inkişafında sürfə mərhələsi olmur.Erkəklər cinsiyyət yollarında spermatofor adlanan içərisi cinsi hüceyrə ilə dolu olan kisələr hazırlayaraq,qolcuqların köməyi ilə onu dişinin manti boşluğuna qoyur.Burada kisələr partlayır və cinsi hüceyrələr yumurtahüceyrəni mayalayır.

Molyuskalar tipinin nümayəndələrinin müqayisəli xarakteristika cədvəli




Molyuskaların əhəmiyyəti
Dəniz suyunun təmizlənməsində süzgəc kimi mühüm rolu vardır. Bioloji örtüklərin əmələ gəlməsində böyük əhəmiyyətə malikdir.Hazırda abra ilbizinə dənizin bütün sahələrində rast gəlinir və bentik heyvanlar arasında biokütləcə mühüm rol oynayır. Abra ilbizi nərə və uzunburun balıqların qidasında mühüm rol oynayır. Cerastoderma ilbizi də geniş yayılmışdır. Xəzərdə onun 2 növü var Xəzərdə dreyssena ilbizi də geniş yayılmışdır

7 yorum:

  1. Gölilbizi 7-9 dəfə suyun üzərinə çıxır.

    YanıtlaSil
  2. Anadonta qəlsəmələrlə tənəffüs edir

    YanıtlaSil
  3. Midya haqqında ayrica melumat yazında xaiş

    YanıtlaSil
  4. Siz geniş məlumat verməmis yenədə saq olunda

    YanıtlaSil
  5. Sizn sayənizdə dərsləri rahat öyrənirəm çox sağolun

    YanıtlaSil