20 Mayıs 2017 Cumartesi

Populyasiya


Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali) adlandırırlar.Populyasiya növün təkamül vahididir.
Eyni növə mənsub olub müəyyən bir təbii mühitdə yaşayan fərdlər- populyasiyalar şəklində yayılırlar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin müxtəlifliyidir.fərdləri populyasiyada birləşdirən başlıca amil- sərbəst çarpazlaşmalarıdır.
Populyasıyanın xarakteristikası

  • populyasiyalar müəyyən arealda yaşayırlar
  • sərbəst çarpazlaşır döllü nəsil verirlər
  • populyasiyada ancaq yaşamaq uğrunda mübarizədə  və təbii seçmə zamanı qalib         gəlmiş fərdlər qalır və döllü nəsil verirlər.
  • hər bir populyasiya fərdlərin sayı,tutduğu sahə, yaşı və cins tərkibi ilə xarakterizə           olunur.
  • populyasiya da fərdlər müxtəlif maneələrin (təcridlərin)olması nəticəsində bir -birinə       qarışmır.

Populyasiyada fərdlərin sayı
Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şəraiti olan hissəsində daha çox olur.Populyasiyaların sayına bir neçə xarici mühit amilləri təsir edir.
Populyasiyada fərdlərin sayı  doğum və olümdən asılı olaraq dəyişir.Hər bir populyasiya üzrə artım əyrisi müəyyən səviyyədə dayanır.Populyasiyanın sayı mövsüm və illər üzrə dəyişir.
Doğum- müəyyən zamanda doğulanların sayı ,populyasiyadakı fərdlərin ölçü və yaşından  və mühit şəraitindən asılı olaraq dəyişir.Doğum artıqca- fərdlərin sayı,sıxlığı artır,ərazi,dişi və qida uğrunda rəqabət artır.
Ölüm -populyasiyada fərdlərin məhv olmasını,yaxud vahid zamanda ölənlərin sayını əks etdirir.Ölüm artıqca-populyasiyada fərdlərin sayı azalır nəticədə populyasiyada özünütənzimləmə mexanizimləri işə düşür:stress azalır,cinsiyyət hormonlarının səviyyəsi artır,doğum yüksəlir.
Populyasiya sıxlığı-populyaiyanın məskunlaşdığı sahə və ya həcm vahidinə düşən fərlərin sayını bildirən kəmiyyətdir.Populyasiya sıxlığı müxtəlif orqanizmlər üçün müxtəlif üsullar ilə müəyyən olunur.Bu onların  yaşadığı şərait və arealın böyüklüyündən asılıdır.
Məslən :
  • Bitkilər üçün sıxlıq 1m və 1 ha əraziyə görə hesablaınr
  • Su birələri üçün  1dm  suya görə hesablanır
  • Balinalar üçün sıxlıq  1000km2   ərazidəki fərdlərin sayına görə hesablanır
  • Torpaqdakı bakteriyaların populyasiyada 1sm3 ərazidəki fərdlərin sayına görə hesablanır.
Populyasiya dalğaları
Populyasiyada fərdlərin sayının dəyişməsi yəni artması və ya azalması populyasiya dalğaları adlanır.Bu dəyişiklik gen yığımına təsir edirşbu zaman populyasıyanın genefonduna yeni bir gen əlavə oluna bilər və ya itə bilər.Populyasiya dalğaları iqlimdən,fəsillərdən,yem bolluğundan,güclü şaxta və ya quraqlıqdan və təbii fəlakətdən asılı olaraq dəyişir.Populyasiya dalğaları təsadüfü xarakter daşıyır və təbii seçmə üçün istiqamətləndirilməmiş irsi material verir.
Populyasiyalarda 3 ekoloji qrup var.
Prereproduktiv-nəsilvermə qabliyyətinə çatmış  fərdlər qrupu 
Reproduktiv -yeni fərdlər törədə bilən fərdlər qrupu
Postreproduktiv-yeni nəsiltörətmə qabliyyətini itirmiş fərdlər qrupu
Ömrün uzunluğuna görə bu yaş qruplarının davamiyyəti müxtəlif orqanizmlərdə dəyişkəndir.İnsanda isə hər 3 yaş qrupu enyni nisbətdədir,hər biri ümumi həyatın 1/3 təşkil edir.
Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəyyən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müxtəlif olur. 
  • İri heyvanlarda populyasiyanın tutduğu ərazi kiçik heyvanlarda olduğundan daha iri olur.    
  • Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fərdlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər.

Hiç yorum yok:

Yorum Gönder