2 Mayıs 2017 Salı

Həlqəvi qurdlar tipi

Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır.

Tipin xarakteristikası

  • Yaxşı inkişaf etmiş dəri əzələ kisəsi var.
  • Dəri-əzələ kisəsi kutikula, epiteli, uzununa və həlqəvi əzələlərdən təşkil olunmuşdur.
  • İkinci bədən boşluğu var
  • Dənizlərdə,şirin sularda və torpaqda yaşayırlar.
  • Bədənləri buğumludur.
  • İfrazat sistemi-var-Metanefridi
  • Qan damar sistemi var-ürək yoxdur
  • Tənəffüsü-atmosfer havası ilə tənəffüs edirlər
  • Çoxalması-hermofroditdir,mayalanma xaricidr,çarpaz gedir.Həlqəvi qurdlar həm qeyri-cinsi, həm də cinsi yolla çoxalırlar. Qeyri-cinsi çoxalmasında bədən bir neçə hissəyə parçalanır və onların hər biri inkişaf edərək, baş və quyruq hissələrini bərpa edir. Cinsi çoxalmalarına görə həm ayrıcinsli, həm də hermafrodit olurlar. Dənizlərdə yaşayan bir çox formalarında yetkin fərdə oxşamayan troxofor sürfəsi olur. Şirin su hövzələrində və torpaqda yaşayanlarda isə inkişaf düzünə olub, sərbəst sürfə mərhələsi olmur.
İlk dəfə bu tipin nümayəndələrində əmələ gəlib.
1.İkinci bədən böşluğu(selom)( selom mezodermadan inkişaf edir)
2.Qapalı qan damar sistemi(çoxqıllı qurdlarda)
3.Gözün büllur qişası(çoxqıllı qurdlarda)
4.Hərəkətə kömək edən çıxıntılar-parapoidlər
5.Tənəffüs sistemi
6.İki mərhələdə sidiyin əmələ gəlməsi(ilk və son sidik)



Təsnifatı


Siniflər haqqında məlumatla aşağıdakı linklərdə tanış ola bilərsiniz.
Azqıllı qurdlar sinfi-soxulcan
Çoxqıllı qurdlar sinfi-nereid
Zəlilər

Hiç yorum yok:

Yorum Gönder