10 Nisan 2017 Pazartesi

Bitkilər haqqında məlumat

Canlılar aləminə aid olan qruplardan biri də Bitkilərdir.Hal hazirda dunyada 350 mindən cox bitki növü var.Bitkiləri öyrənən elm - Botanika adlanır.Flora(lat. Flora – Roma mifologiyasında çiçək və bahar allahı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon da olan  məcmusuna deyilir.. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir.
Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·1010 t biokütlə sintez edilir.
Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir.
                           
İlk dəfə quruya çıxan  bitkilər-psilofitlərdir.Ən qədim bitkilər isə yosunlardır.

             Bitkilərin sistematik kateqoriyası




 Şəkildə göründüyü kimi aşağıdan yuxarı qalxdıqca fərdlərin sayı artır.


Bitkilər aləmi 2 yarımaləmə bölünür.
1.İbtidai bitkilər
Yosunlar
  • qırmızı
  • yaşıl
  • qonur


2.Ali bitkilər


            Bitkilərin növ sayının artması ardıcıllığı
 
                                             Aşağıdan yuxarı qalxdıqca növ sayı artır.

                                    Bitkilərin orqanları
Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur.
Bİtkinin orqanları 2 qrupa bölünür:
1.Vegetativ(kök,gövdə,yarpaq)
2.Generativ (çiçək,meyvə ,toxum)
      Təkamül nöqteyi nəzərindən bitkinin orqanlarının əmələ gəlmə ardıcıllığı


Monokarp bitki-ömründə bir dəfə çiçək açan bitkilərə deyilir.(aqava)
Plokarp bitki-ömründə bir  neçə dəfə çiçək açan bitkilərə deyilir.
Fenologiya- bitki və heyvanların həyatında baş verən dəyişiklikləri öyrənən elmdir.
Efemer bitki- yaz vaxtı cəmi 1 həftə ömrü olan bitkilərə deyilir.

Bitkilərin əsas xüsusiyyətləri.

  • Bitkilər adətən yaşıl rəngdə olur.Lakin  yaşıl olmayan bitkilər də var.Məs-Latreya
  • Bitkilər adətən avtortofdurlar,lakin heterortof(şehçiçəyi.milçəktutan və s) və parazit (latreya) növləri də var.
  • Bitkilər fotonsintez nəticəsində təbiəti oksigenlə zənginləşdirir.
  • Bitkilərdən dərman hazırlanır(40%)
  • Bitkilərin vegetativ və generativ orqanları var.
  • Bitkilər cinsi və qeyri yolla çoxalırlar.
Bitkilərin -ənləri
Ən kiçik bitki-Dirnaqcıq-1sm
Ən uzun bitki-Ekvapalit-150m
Ən enli  bitki-Mamont və ya Sekvoya-dm-8-10m
Ən uzunömürlü bitki- Antraktida şibyəsi,ömrü-10000 il
Ən uzun  ömürlü ağac şam növü-5100 il
Ən iri çiçək-Rafleziya
Ən iri yarpağı olan ağac - Raffiya xurması-20mViktoriya
Ən uzun kök-Cənubi Afrika fikusu-120m
Ən iri toxum-Seyşel palmasının toxumu- 15 kq
Ən dözümlü toxum-Arktika paxlası(Kanadada)-10-15min torpaqda qalır.
Ən qiymətli bitki yağı- üzüm çəyirdəyinin yağı




7 yorum:

  1. bitkiler haqqinda melumatlar cox yaxsidir bitkilere maragim daha da artdi cox sagolun

    YanıtlaSil
  2. Çox gözəl məlumatlardir mən özum bitkiçilik oxuyuram .Ancaq biraz çix məlumaf olsa yaxşı olar.

    YanıtlaSil
  3. Tesekkur edirem,oqlum üçün tapsiriqi sizin sayenizde hazirladim

    YanıtlaSil